Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2024 , 01:11

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yasamal rayonunda növbəti ağacəkmə aksiyası keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda daha bir ekoloji aksiya baş tutub. Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və RR Constructions şirkətinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, RR Constructions MTK-nın baş direktoru Rafael Abdullayev, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Cari mövsüm ərzində Yasamal rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Yasamal RİH 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024